İran hava məkanına girən bütün PUA-ları vuracaq

  • 23:41 - 21 Sentyabr

İran ölkənin hava məkanını pozan istənilən pilotsuz uçan aparatı (PUA) vuracaq.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) rəhbəri Hüseyn Salami deyib.

“Biz hava məkanımıza daxil olan PUA-ları məhv etməyə davam edəcəyik. İran özünün cavab fəaliyyətlərində qətiyyətlidir, onun istənilən cavabı sərt olacaq”, - deyə o bildirib.

Xatırladaq ki, iyun ayında İran ABŞ-ın “Global Hawk” PUA-sını sərhədi pozduğuna görə Hörmüzgən əyalətində vurduğunu bildirmişdi.


Oxunma sayı: 3521

Oxşar yazılar