Masallıda qoyun oğurluğu ilə məşğul olan şəxs saxlanılıb

  • 20:46 - 21 Sentyabr

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində təsərrüfatlardan qoyun oğurluğu ilə məşğul olan Cəlilabad sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avropa.info-ya verilən məlumata görə, Masallı rayonunun Kürdəbaz kənd sakini Ə.Səmədov həyətindəki tövlədən 6 baş qoyunun oğurlanması ilə bağlı polisə müraciət edib.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq faktını Cəlilabad rayonunun Xəlilabad kənd sakini, əvvəllər məhkum olunmuş Mətləb Məstiyevin Masallı rayonunun Çaxırlı kənd sakini F.Abdullayeva ilə birlikdə törətdiyi məlum olub.
Araşdırmalarla həmin şəxslərin sentyabrın 1-də Masallı rayonunun Alışanlı kəndindəki X.Əliyevə məxsus həyətdəki tövlədən də 6 baş qoyun oğurladıqları müəyyən edilib.
Saxlanılan M.Məstiyev törətdikləri əməli etiraf edib və oğurladıqları qoyunları Cəlilabad bazarında satdığını bildirib.
Hər iki faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 4698

Oxşar yazılar