Rumıniya məhkəməsi sabiq Prezidentin kommunist rejiminin xüsusi xidmətinin informatoru olduğunu təsdiqləyib

  • 21 Sen - 2019

Rumıniya məhkəməsi ölkənin sabiq Prezidenti Trayan Beseskunu kommunist rejiminin xüsusi gizli polis xidmətinin informatoru olduğunu təsdiq edib. Qərar qəti deyil. Lakin məhkəmə Rumıniya Milli Gizli Arxivlərin Öyrənilməsi Şurasının apardığı araşdırmanı təsdiqləyib. Trayan Besesku apellyasiya şikayəti verəcəyini bildirib. 

Qeyd edək ki, Milli Gizli Arxivlərin Öyrənilməsi Şurası iyun ayında T.Beseskunun kommunist rejiminin xüsusi gizli polis xidmətinin informatoru olub-olmamasının öyrənilməsinə başlayıb. Sabiq Prezident bu iddiaları rədd edib və araşdırmanın siyasi motivli olduğunu bildirib.


Oxunma sayı: 584

Oxşar yazılar