“Milana” hospitalının rəhbəri Çexiyada 3 rəngli Azərbaycan bayrağını asdırmağa nail oldu

  • 16:16 - 21 Sentyabr


“Milana”  hospitalının rəhbəri Çexiyada 3 rəngli Azərbaycan bayrağını asdırmağa nail oldu  
 
 
 
 
"Milana”hospitalının rəhbəri Xuraman Muradova bu günlərdə Çexiyada konfransda iştirak edib. Konfransda Avropa Birliyinə üzv olan ölkələrdə iştirak edib. 

Məlumat üçün bildirək ki, konfransın keçirildiyi hotelə Avropa Birliyinə üzv olan ölkələrin bayraqları sancılmamışdı. "Milana” hospitalın baş həkimi Xuraman Muradova Melumat-merkezi.az-a açıqlamasında bildirdi ki, o konfransın keçirildiyi məkanda Azərbaycan bayrağının sancılmamasını görəndə çox narahat olmuşdu. Hətta o bununla bağlı aidiyyatı şəxslərə öz etirazını bildirəndə ona yalnız Avropa Birliyinə üzv ölkələrin bayrağının asılacağını qeyd etmişdilər. Lakin Xuraman xanım, çətinliklə də olsa həmin məkanda 3 rəngli Azərbaycan bayrağının asılmasına nail olub: "Çox çətinliklə olsa da istəyimə nail oldum. Azərbaycanın Çexiya səfirliyindən 3 rəngli bayrağımızı götürüb konfrans keçirilən məkanda digər ölkələrin bayrağının yanında əzəmətli bayrağımızın sancılmasına nail oldum. Konfrans keçirilərkən qürur mənbəyimiz olan 3 rəngli bayrağımızda dalğalanırdı”. 

 

 

 


fATDt7Znk

Oxunma sayı: 5996

Oxşar yazılar