Almaniya Azərbaycan müxalifətçilərinə girişi bağladı

  • 18:20 - 21 Sentyabr

Almaniyanın Azərbaycandakı səfirliyi AXCP sədrinin həbsdən çıxmış müavini Seymur Həzi və xanımı, siyasi fəal Nigar Həziyə viza verməkdən imtina edib.

Virtualaz.org xatırladır ki, cütlük Almaniyaya müxalif AND hərəkatının bir tədbirində iştirak etməyə dəvət olunmuşdu.

Bu haqda özünun Facebook profilində məlumat yayan Seymur Həzi bildirib ki, Almaniya səfirliyinin qərarından məyus olub: ”Almaniya səfirliyi Nigara və mənə viza verməkdən imtina etdi. Halbuki, səfirin müavininə öncədən yazdım və mənə yazdı ki, bizi konsulluğa tövsiyə ediblər. Bir sözlə, bunlar -Almaniya diplomatları elə bilirlər ki, biz mühacirətə getmək istəyirik - səngərdən qaçan olsaydım niyə tutulurdum ki?!”.


Oxunma sayı: 14488

Oxşar yazılar