Ağstafada 57 yaşlı qadın dəm qazından zəhərlənib

  • 16:18 - 21 Sentyabr

Ağstafada dəm qazından zəhərlənmə olub.

APA-nın  məlumatına görə, hadisə rayonun Yuxarı Göycəli kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1962 ci il təvəlüdlü Məmmədova Rahilə Baloğlan qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Qadın dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.


Oxunma sayı: 9912

Oxşar yazılar