Azərbaycanda ata övladına Ərdoğan adı qoydu : Türkiyə prezidentinin şərəfinə (FOTO)

  • 14:00 - 21 Sentyabr

Bakı şəhər sakini Sultan Sultanlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə öz övladının adını Ərdoğan qoyub. 

Avropa.info xəbər verir ki, Sultanlılar ailəsi 2018-ci ildə dünyaya gələb övladlarına Ərdoğan adı veriblər. 

Uşağın atası Sultan Sultanlı saytımıza açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana simpatiyalarının olduğunu və bu səbəbdən də övladına Ərdoğan adı verdiklərini deyib. 

"Ərdoğan bir dünya lideridir. Onun Türkiyə, müsəlman dünyası üçün etdiklərini rəğbətlə qarşılayıram. Bu səbəbdən də övladıma Ərdoğan ismi verdim."


Oxunma sayı: 20494

Oxşar yazılar