“Sarı jiletlilər yenidən etiraza başladı - Parisi iğtişaşlar bürüdü

  • 13:51 - 21 Sentyabr

“Sarı jiletlilər”in bu gün Parisdə başlayan etiraz aksiyaları qısa müddət ərzində iğtişaşlara çevrilib.

Avropa.info xəbər verir ki, Madlen meydanı rayonunda vəziyyət xüsusilə gərginləşib. Polis etirazçıları Sen-Lazar vağzalına doğru sıxışdırıb.

Polislə sözlü münaqişə tezliklə davaya çevrilib, etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub. Polislə toqquşmalara vağzal daxilində də davam edib.


Oxunma sayı: 14290

Oxşar yazılar