Azərbaycan cüdoçusu Qran-Pridə gümüş medal qazandı

  • 21 Sen - 2019

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə Qran-Pri turnirinin ilk günü milli komandamız aktivinə 1 medal yazdırıb.

Avropa.info matc.az-a istinadən xəbər verir ki, qadınlar arasında 48 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Leyla Əliyeva Rumıniya, Fransa, Almaniya və Hindistan idmançılarını məğlub edərək finala çıxıb. Leyla Əliyeva həlledici qarşılaşmada rusiyalı Sabina Giliazova ilə üz-üzə gəlib. Əliyeva rəqibinə məğlub olaraq "Qran-Pri"də gümüş medal qazanıb.

Kişilərin yarışında İbrahim Əliyev (66 kq) isə bürünc medal uğrunda görüşdə Özbəkistan təmsilçisi Sərdar Nurillayevə uduzaraq 5-ci yeri tutub.

Bu gün mübarizəyə qoşulan Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva, Larisa Aleksandra Florian (hər ikisi 52 kq), Oruc Vəlizadə (60 kq) və Nicat Şıxəlizadə (66 kq) ilkin mərhələdə məğlub olublar.


Oxunma sayı: 573

Oxşar yazılar