Husilər Səudiyyə Ərəbistanına qarşı hücumları dayandırdı

  • 12:37 - 21 Sentyabr

Yəmən husiləri Səudiyyə Ərəbistan ərazisini PUA və ballistik raketlərlə vurmağı dayandırdıqlarını bəyan ediblər.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə husilərin siyasi şurasının sədri Mehdi -əl-Meşat Əl-Yəmən televiziyasında çıxış edib.

“Səudiyyə Ərəbistanı torpaqlarının silahlı PUA və ballistik raketlərlə vurmağı dayandırdığımızı bəyan edirik və Səudiyyə Ərəbistanı tərəfindən eyni qarşılığın verilməsini gözləyirik” – o, belə deyib.

Meşat Səudiyyə Ərəbistanın hücumları dayandırmaqla bağlı müsbət cavab verməməsi halında hücumlara qarşılıq vermə haqqını qoruyacaqlarını bildirib. O, müharibənin davam etməsinin heç kimə xeyir verməyəcəyini və arzu olunmayan təhlükəli proseslərə gətirib çıxaracağını deyib.

Meşat münaqişənin bütün tərəflərindən milli həmrəyliyi təmin edəcək danışıqlara başlamasını istəyib. 


Oxunma sayı: 10418

Oxşar yazılar