Ata döyüldü, köməyə gələn 2 oğlu bıçaqlandı – Gəncədə insident

  • 12:31 - 21 Sentyabr

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1960-cı il təvəllüdlü Cəfərov Məhərrəm “DOS-84” adlanan yaşayış ərazisində, bina 4 ünvanında naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb.

Bu zaman atalarına köməyə gələn 1985-ci il təvəllüdlü Rövşən Cəfərov və 1984-cü il təvəllüdlü Röyal Cəfərov qarın və ayaq nahiyələrindən bıçaqlanıblar.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına və Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Hazırda hadisənin kim və ya kimlər tərəfindən, hansı səbəbdən törədildiyi araşdırılır.


Oxunma sayı: 4555

Oxşar yazılar