Xızıda sürücü polisləri silahla hədələdi

  • 12:13 - 21 Sentyabr

Xızıda polisləri silahla hədələyən sürücü tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avopa.info-ya verilən məlumata görə, sentyabrın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində “VAZ-2109” markalı avtomobil şübhə doğurduğundan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman qəflətən avtomobildən düşən sərnişin üzərində gəzdirdiyi tapança ilə polis əməkdaşlarını hədələyərək aradan çıxmağa müvəffəq olub.

Polis əməkdaşları tərəfindən həmin şəxsin Ağagül adlı Giləzi qəsəbə sakini olması müəyyən edilib.


Oxunma sayı: 4841

Oxşar yazılar