Misir xalqı Təhrir meydanına çıxdı – "Sisi istefa!" şüarları səsləndi

  • 11:46 - 21 Sentyabr

İspaniyada yaşayan misirli Məhəmməd Əli Sisini korrupsiyada ittiham etdikdən sonra camaat küçələrə çıxıb, Sisini istefa verməyə çağırıb. 

Avropa.info xəbər verir ki, yerli mənbələr təhlükəsizlik orqanları ölkənin böyük meydanlarına çıxan onlarla nəfərin saxlandığını, İttihadiyə Sarayına gedən yol və körpülərin bağlandığını bildirir.

Ancaq bütün tədbirlərə baxmayaraq, böyük qələbəlik Təhrir meydanında toplaşaraq çevrilişlə hakimiyyətə gələn Sisinin əleyhinə şüarlar səsləndirib.

Polis Təhrir prospektində yerləşən dükanları bağlayıb, meydana çıxanları isə saxlayıb.

Etiraz aksiyaları ilə bağlı Misir prezidentinin BMT Baş Assambleyasında iştirak üçün Nyu-Yorka gedəcəyi bildirilir.


Oxunma sayı: 13652

Oxşar yazılar