Gömrükdə əməliyyat: İrandan Azərbaycana heroin keçirənlər saxlanıldı

  • 21 Sen - 2019

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə sahəsində əməliyyat-axtarış və qoşun tədbirləri davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən Avropa.info-ya bildirilib ki, cari ilin avqust ayında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində və "Astara" dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi planlaşdırılan 1 kq 265 qram "tiryək", 156 qram "heroin" və 107 qram "metamfitamin" narkotik vasitə aşkarlanaraq götürülmüşdür. Faktlar üzrə cinayət işləri başlanılmışdır, təqsirləndirilən 2 nəfər Azərbaycan Respublikası vətəndaşları 1981-ci il təvəllüdlü Rzayev Bəhruz Şaird oğlu və 1981-ci il təvəllüdlü Rzayeva Pərvanə Əli qızı barəsində əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

18 sentyabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 1 nəfər naməlum şəxsin mühəndis çəpərinin üzərindən 4 ədəd bağlamanı atması və digər şəxsin bu bağlamanı götürərək ərazidən uzaqlaşması sərhəd naryadı tərəfindən müşahidə edilmişdir. Sərhəd naryadı dövlət sərhədini pozaraq bağlamanı atmış şəxsi təqib edərək İran İslam Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü Fərşad Sərhəngi Əliabbas oğlunu sərhəd pozucusu qismində saxlamışdır.

Dövlət sərhədinin pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində bağlamanı götürüb ərazidən uzaqlaşan şəxsin Azərbaycan Respublikasının vətəndaşı 1961-ci il təvəllüdlü Hüseynov Dilavər İsgəndər oğlu olması müəyyənləşdirilmiş və o, şübhəli şəxs qismində saxlanılmışdır. Dindirmə zamanı D.Hüseynov götürdüyü bağlamanı Astara şəhər sakini 1970-ci il təvəllüdlü Əliyeva Bahar Əsgər qızının evində gizlətdiyini bildirmişdir. B.Əliyevanın evinə baxış zamanı 4 ədəd bağlamanın içərisində ümumi çəkisi 2 kq 245 qr olan "heroin" narkotik vasitə aşkarlanaq götürülmüşdür.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Oxunma sayı: 683

Oxşar yazılar