Kərbəlada partlayış – 12 ölü, 5 yaralı

  • 11:27 - 21 Sentyabr

İraqın cənubunda yerləşən Kərbəla şəhərində mikroavtobusun içinə qoyulan bombanın partlaması nəticəsində 12 nəfər ölüb, 5 nəfər yaralanıb.

Avropa.info xəbər verir ki, İraq Müdafiə Nazirliyinin yaydığı məlumata görə, partlayış şəhərin girişindəki 54 saylı nəzarət-keçid məntəqəsi yaxınlığında baş verib.

İraq Səhiyyə Nazirli partlayış zamanı mikroavtobusdakı olan bəzi şəxslərin yandığını, digərlərinin xəstəxanaya çatdırıldığını bildirib.


Oxunma sayı: 4808

Oxşar yazılar