DSX-nin sərhəd döyüş mövqelərinə qarşı düşmən təxribatı – Foto

  • 11:19 - 21 Sentyabr

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yerləşən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.

DSX-nin Mətbuat Mərkəzindən Avropa.info-ya verilən məlumata görə, sentyabrın 20-si saat 13:20 radələrində sərhəd döyüş mövqe­lərimiz və təminat yollarının salınması ilə məşğul olan eksko­vato­ru düşmən tərə­findən atə­şə tutul­ub.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.


Oxunma sayı: 16677

Oxşar yazılar