İran təhlükəsinə qarşı Yaxın Şərqə əlavə qoşun göndəririk - Pentaqon

  • 11:11 - 21 Sentyabr

ABŞ İranın Səudiyyə Ərəbistanına təcavüzünə cavab olaraq Yaxın Şərqə əlavə qoşun göndərir.

Avropa.info xəbər verir ki, ilə ABŞ-ın müdafiə naziri Mark Esper çıxış edib. Esperin sözlərinə görə, hərbçilərin göndərilməsi qərarına Tramp özü razılıq verib. 

“Bu hücuma qarşılıq olaraq atdığımız ilk addımdır” – o, belə deyib. 

ABŞ ordusunun qərargah rəisi Cozef Danford göndərilən kontingentin sayının minlərlə nəfər yox, az olacağını bildirib.

Esper ABŞ-ın İranla müharibəyə can atmadığını, lakin bir çox hərbi fəaliyyət variantına sahib olduğunu bildirib. Onun sözlərinə görə, hərbi kontingentin göndərilməsi ABŞ-ın regionda əməkdaşlıq etdiyi ölkələri dəstəklədiyinə dair aydın siqnaldır. 

Esper hazırda ABŞ-ın Səudiyyə Ərəbistanın müdafiə infrastrukturunun möhkəmlənməsində diqqətini cəmləşdirdiyini bildirib:

“Bu iranlıları diplomatik yola qaytımağa inandırmaq üçün edilir”.

Pentaqon başçısı Səudiyyə Ərəbistanı və BƏƏ-yə əlavə hərbi texnikanın göndərilməsinin tezləşdirəcəyini bildirib.


Oxunma sayı: 3873

Oxşar yazılar