Siyəzəndə 9 yaşlı uşağı avtomobil vurdu

  • 10:29 - 21 Sentyabr

Siyəzən rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

2010-cu il təvəllüdlü Hüseynov Polad Həsənxan oğlu rayonun Gənclik qəsəbəsində piyadalar üçün nəzərdə tutulan yoldan keçərkən onu maşın vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək travma, kəllə-beyin travması və baş-beyin əzilməsi diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib. (report)


Oxunma sayı: 3477

Oxşar yazılar