Gürcüstan prezidenti ABŞ-a səfər edəcək

  • 20 Sen - 2019

Gürcüstan prezidenti Salome Zurabişvili gələn həftə ABŞ-a işgüzar səfər edəcək.

Dövlət başçısı sentyabrın 25-də BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edəcək.

S.Zurabişvili həmçinin sessiya çərçivəsində planlaşdırılan tədbirlərə də qatılacaq.

Prezidentin müxtəlif ölkə rəhbərləri və BMT-nin baş katibi ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.

S.Zurabişvili ABŞ prezidenti Donald Tramp və onun həyat yoldaşı adından təşkil olunacaq rəsmi qəbulda da iştirak edəcək. 

 

 

reprot


Oxunma sayı: 507

Oxşar yazılar