Ukrayna Rusiya qazının tədarükü üçün mövcud bazar qiyməti üzrə yeni müqaviləni müzakirə etməyə hazırdır

  • 20:50 - 20 Sentyabr

Ukrayna Rusiya təbii qazının birbaşa tədarükü üçün mövcud bazar qiymətində yeni müqaviləni müzakirə etməyə hazırdır. 

Bu sözləri keçirdiyi mətbuat konfransında Ukraynanın Enerji və Ətraf Mühit naziri Aleksey Orjel söyləyib. 

Sentyabrın 20-də Brüsseldə Ukrayna, Rusiya və Avropa İttifaqı - üçtərəfli qaz danışıqlarını şərh edən A.Orjel bildirib ki, qaz tranziti müqaviləsi Ukrayna üçün əsas məsələdir. 

"Rusiya tərəfi birbaşa tədarük məsələsini qaldırıb. Biz onlarla razılığa gəldik ki, məsləhətləşmələr çərçivəsində bunu daha sonra bazar prinsiplərinə əsaslandıraq", - deyə nazir əlavə edib. 

O, görüşdə, həmçinin Rusiya qazının nəql həcmindən asılı olaraq tranzitdə mümkün qiymət endirimi məsələsinin də müzakirə olunduğunu söyləyib.


Oxunma sayı: 5677

Oxşar yazılar