İspaniya Aralıq dənizində xilas edilmiş miqrantların bölüşdürülməsindən imtina edir

  • 19:48 - 20 Sentyabr

İspaniya Aralıq dənizində hərbçilər və ya humanitar missiyalı gəmilər tərəfindən xilas edilmiş miqrantları bölüşdürməyəcək. 

Avropa səviyyəsində yeni saziş bu məsələyə həsr olunacaq. 

Hökumətdə vurğulayıblar ki, bu, heç də o demək deyil ki, ölkə dənizdə miqrantlara yardım göstərməyə hazırlaşmır, yaxud qanuna müvafiq surətdə miqrantlara diqqət göstərməyi planlaşdırmır. Qeyd edilir ki, İspaniya bu işlə başqa ölkələrdən daha çox məşğul olur. 

Avqustda Krallıq dənizə İspaniya bayrağı altında çıxmış 15 “Open Arms” sərnişin gəmisini qəbul edib. 

Hazırda Aralıq dənizi akvatoriyasında yeddi gəmi üzür. Onların vəzifəsi fəlakətə düçar olan qeyri-leqalları xilas etməkdir. Gəmilərin dördü Almaniya bayrağı altında üzür.


Oxunma sayı: 3873

Oxşar yazılar