Çempionlar Liqasında həftənin ən yaxşı qolu açıqlanıb

  • 19:13 - 20 Sentyabr

UEFA Çempionlar Liqasında qrup mərhələsinin I turunun ən yaxşı qolu bəlli olub.

"Report"un məlumatına görə, İtaliyanın "Yuventus" komandasının futbolçusu Xuan Kuadradonun İspaniya "Atletiko"suna vurduğu qol həftənin ən yaxşısı seçilib.

Qeyd edək ki, "Atletiko" - "Yuventus" matçı 2:2 hesabı ilə yekunlaşıb. Kolumbiyalı yarımmüdafiəçi həmin görüşdə ilk qolun müəllifi olub.


Oxunma sayı: 5237

Oxşar yazılar