Köçəryan həbsdə qaldı

  • 17:40 - 20 Sentyabr

İrəvan məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Köçəryanın zaminə buraxılması ilə bağlı vəsatəti rədd edib.

Avropa.info xəbər verir ki, məhkəmə verdiyi qərarının 9 gün ərzində Apelyasiya məhkəməsinə çıxarıla biləcəyini bildirib.

Məhkəmə qarşısında Köçəryanın həbsinin əleyhdarları və tərəfdarları etiraz aksiyası keçirib. 

Qeyd edək ki, məhkəmə 17 sentyabr tarixində Köçəryanın dərhal azadlığa buraxılması bağlı vəsatəti rədd etdikdən sonra, vəkili zaminə buraxılması üçün müraciət etmişdi.


Oxunma sayı: 5644

Oxşar yazılar