Ərdoğandan nazirlərə tapşırıq: "CHP-li bələdiyyə sədrlərinə yardım edin"

  • 17:02 - 20 Sentyabr

“Hürriyyət” qəzetinin jurnalisti Gizem Karakışın yazdığına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Mərkəzi İcraiyyə Komitəsi və Mərkəzi Qərar və İdarəetmə Komitəsinin iclaslarını keçirib. 

Avropa.info xəbər verir ki, Ərdoğan iclasda İstanbul Böyükşəhər Bələdiyyəsinin 2018-ci ildə və sonra TÜRGEV, ENSAR, TÜGVA kimi fond və dərnəklərə verildiyi iddia olunan yardımlarla bağlı açıqlamaları müzakirə edib və manipulyasiya aparıldığını bildirib:

“CHP-i bələdiyyələr o fondları qaralayıb cəmiyyət qarşısında etibarlarını zədələyəcək açıqlamalar verirlər. Mən bu miqyasda olduğunu bilmirdim. Bu açıqlamalar bildiklərim xaricindədir. Kaş ki, bu məsələni də bələdiyyə sədrləri ilə keçirdiyimiz iclasda danışsaydıq”.

Bələdiyyə sədrləri ilə iclasların davam edəcəyini qeyd edən prezident Ərdoğan bəzi CHP-li bələdiyyə sədrlərinin onunla təkbətək görüşün təşkilini istədiyini bildirib.

Ərdoğan yaxın günlərdə İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlunun da daxil olduğu bəzi bəzi CHP üzvü bələdiyyə sədrləri ilə görüşcəəyini, bu görüşlərdə fondlarla bağlı məsələni də gündəmə gətirəcəyini bildirib.

“Bizə əl uzadan hər kəsə yardım edəcəyik. Nazirlərimizə “Bələdiyyələrdən gələn məqbul tələbləri mütləq yerinə yetirin” təlimatı verdim. Şəhərlərdə xidmətdə əksiklik olarsa, bunun mənbəyi biz olmayacağıq. Üzərimizə düşən işi görəcəyik. CHP-li bələdiyyələrlə də fəaliyyətimizi davam etdirəcəyik” – Ərdoğan belə deyib.

Ərdoğan iclas zamanı MQİK üzvü Gökçe Özdoğan Ençə siqareti atıb-atmadığını soruşub. Siqareti atmadığını deyən Ençə Ərdoğan “MQİK-dəki yoldaşlarıma belə siqareti atdıra bilmədim” deyə məzəmmət edib. 

Ençin “Siyasəti ataram, siqareti atmaram” sözlərinə Ərdoğan “Əvvəlcə siqareti atacaqsan, siyasəti atmayacaqsan, Gökçen xanıma bu məsələ ilə bağlı nəzarət edin” deyərək, zarafat edib.

Ərdoğanın keçirdiyi iclasında digər müzakirə mövzusu HDP-nin Diyarbəkir qərargahı qarşısında etiraz edən anaların aksiyası olub.

Partiya rəhbərliyində təmsil olunan şəxslər Ərdoğana anaları ziyarət etmək istəklərini çatdırıblar. Ancaq Ərdoğan “Diyarbəkir analarının işində süni gedişat olmasın. Sadəcə həqiqətən dərdi olan insanlar ziyarət etsin. Sosial şəbəkələr vasitəsilə dəstək verə bilərik. Amma əsl yanlarına getməli olanlar qohumları, yaxınlarıdır. Partiya olaraq bir təşkilatçılığımız olmasın. Hər şey öz-özünə inkişaf etsin”. 


Oxunma sayı: 5072

Oxşar yazılar