Son dəqiqə : Türkiyə kəşfiyyatından İraqın şimalında böyük əməliyyat : PKK terror təşkilatının "kəşfiyyat rəhbəri" məhv edildi

  • 15:44 - 20 Sentyabr

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) və Silahlı Qüvvələrinin birgə əməliyyatı nəticəsində İraqın şimalındakı Qara bölgəsində  zərərsizləşdirilən 3 PKK terrorçusundan birinin "Zinar Şiyar Adıyaman" kod adlı Mehmet Bayden olduğu müəyyənləşdirilib.
 
Avropa.info xəbər verir ki, 16 sentyabr 2019da keçirilən birgə əməliyyat nəticəsində məhv edilən 3 terrorçudan birinin, PKK terror təşkilatının "kəşfiyyat rəhbəri" Zinar Şiyar Adıyaman kod adlı Mehmet Bayden olduğu üzə çıxıb.
 
Haqqında Türkiyə məhkəmələri tərəfindən həbs qərarı olan Mehmet Baydenin terror təşkilatına 1990-cı ilin illərin əvvəllərində qoşulduğu, PKK-nın maliyyə məsələlərinə baxdığı, sonralar isə terror təşkilatının "kəşfiyyat rəhbəri" olduğu bildirilir.

Avropa.info


Oxunma sayı: 6568

Oxşar yazılar