“Pentaqonun S-400-lərdən qorxması əsassız deyil” – Rusiyadan Türkiyə açıqlaması

  • 15:22 - 20 Sentyabr

Pentaqonun Türkiyəyə tədarük edilən S-400 sistemləri üzündən F-35 döyüş təyyarələrinin sirlərinin ortaya çıxmasından narahat olması əsassız deyil.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya Müdafiə Nazirliyi çıxış edib. 

“Pentaqonun Türkiyədə yerləşdirilən raket müdafiə sistemlərindən qorxması və F-35 təyyarəsinin sirlərinin ortaya çıxmasından narahat olması əsassız deyil” – açıqlamada deyilir.

ABŞ-ın Rusiyanın Kalininqrad vilayətində yerləşdirilən sistemlərinə girə biləcəyi iddiasına cavab olaraq, Rusiya MN sistemlərin “görünməz” olduğunu deyib:

“Rusiyanın Baltik dənizi sahillərinə yaxınlaşan NATO pilotları regionun nə qədər yaxşı qorunmasının fərqindədir”.


Oxunma sayı: 11573

Oxşar yazılar