NATO konvoyuna hücumda 8 ABŞ hərbçisi öldürüldü - İddia

  • 14:28 - 20 Sentyabr

Əfqanıstanın Loqar vilayətinin Puli Aləm şəhərində NATO konvoyuna kamikadze hücumu olub.

Avropa.info xəbər verir ki, Loqar valisi Məhəmməd Ənvər İshaqzeyin verdiyi məlumata görə, hücum zamanı bir uşaq ölüb. Hücum zamanı NATO hərbçiləri xəsarət almayıb. 

Hücumun məsuliyyətini üzərinə götürən hücum nəticəsində “Taliban” hərəkatı 8 ABŞ hərbçisinin öldüyünü iddia edib.

İnsidentlə bağlı NATO hələ heç bir açıqlama verməyib.


Oxunma sayı: 5017

Oxşar yazılar