S-400-lər nə vaxt döyüş vəziyyətinə gətiriləcək? – Türk nazir açıqladı

  • 14:06 - 20 Sentyabr

Türkiyənin hərbi sənaye naziri İsmayıl Demir S-400 HHM sisteminin qurulması və aktiv hala gətirilməsi müddətini açıqlayıb.

Avropa.info xəbər verir ki, CNN Türkün suallarına cavab verən Demir S-400 sistemlərinin texniki baxımdan dekabrdan etibarən qurulduğu bildirilir.

Nazir sistemin aprel ayında aktiv hala gətiriləcəyini bildirib:

“Personalımızın təlimi, sistemin içinə bəzi uçuşların inteqrasiya edilməsi kimi bir çox texniki məsələ var. Bunların başa çatması nəticəsində apreldə istifadə oluna biləcək hala gələcək”. 


Oxunma sayı: 4313

Oxşar yazılar