ABŞ Ruhaniyə viza verdi

  • 12:00 - 20 Sentyabr

ABŞ Nyu-Yorkda keçiriləcək BMT-nin Baş Assambleyasında iştirak etmək üçün müraciət edən İran prezidenti Həsən Ruhani və bu ölkənin xarici işlər naziri Cavad Zərifə viza verib.

Avropa.info xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əlirza Miryusifi açıqlama verib. O, Ruhaninin gələn həftə Nyu-Yorkda olacağını deyib.

Qeyd edək ki, Ruhani dünənki açıqlamasında ABŞ-ın ona bir neçə saat ərzində viza verməməsi halında BMT Baş Assambleyasının iclasında iştirakını ləğv edəcəyini bildirmişdi.

Xatırladaq ki. Üç gün əvvəl başlayan BMT-nin 74-cü Baş Assambleyası 27 sentyabra qədər davam edəcək. 


Oxunma sayı: 4841

Oxşar yazılar