Bakıda sosial şəbəkələrdəki söyüş, təhqir və böhtana YOX deyildi – Fotolar

  • 11:52 - 20 Sentyabr

Bu gün Bakıda "Sosial şəbəkələrdəki söyüş, təhqir və böhtana YOX deyək!" adlı dəyirmi masa keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə "Youtube"də heç bir əxlaqi dəyərlərə sığmayan, söyüş, təhqir və böhtan xarakterli çıxışlarla bağlı bəyanat səsləndirilib.

Dəyirmi masada qeyd olunub ki, axır zamanlar sosial şəbəkələrdə, xüsusilə "Facebook", "Youtube" vasitəsilə yayılan söyüş təhqir və böhtan xarakterli çıxışların şahidi oluruq.

“Həmin çıxışlara münasibət bildirən və şərh yazan sosial şəbəkə iştirakçıları dilə gətirilməsi belə mümkün olmayan söyüş, təhqiramiz ifadələr işlədirlər”.

Bəyanatda qeyd olunur ki, milli, mənəvi, əxlaqi dəyərlərimizdən uzaq olan bu cür halların belə davam etməsi hiddət doğurur.

“ Hər bir vətəndaşımızın tələbə və gənclərimizin xüusilə məktəblilərin təlim-tərbiyəsinə mənfi təsir göstərir, bu yolverilməzdir”.

Tədbir iştirakçıları söyüş və təhqirdən istifadə edən həmin şəxsləri təhqir və böhtanlara yox deməyə çağırıblar.

Tədbirdə ziyalılar, deputatlar, QHT-lərin və KİV-lərin  nümayəndələri və müxtəlif sahələrin təmsilçiləri iştirak edirlər.

 

 

 


Oxunma sayı: 5281

Oxşar yazılar