Səudiyyə Ərəbistanı husilərə bombardmanla cavab verdi

  • 11:40 - 20 Sentyabr

Səudiyyə Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyası Yəmənin Hudeyda limanının şimalında yerləşən husilərə məxsus obyektləri bombalayıb.

Avropa.info xəbər verir ki, bu şənbə günü Səudiyyə Ərəbistanı neft anbarlarına qarşı edilən hücumdan sonra keçirilən ilk cavab əməliyyatı olub. Koalisiyanın adından açıqlama verən Səudiyyə Ərəbistanı MN katibi Turki əl Maliki uzaqdan idarə olunan gəmilər və dəniz minalarının istehsal olunduğu dörd obyektin vurulduğunu bildirib. Bu ərazilər hərbi hədəfləri elan edilib və mülki əhaliyə ərazidən uzaqlaşmaq çağırışı edilib.

Qeyd edək ki, keçən il husilərlə 10 minlərlə mülki şəxsin mühasirədə qaldığı Hudeyda şəhəri üçün İsveçdə aparılan sülh danışıqları və əldə olunan atəşkəs bu əməliyyatla pozulub. 


Oxunma sayı: 4610

Oxşar yazılar