Fuad Qəhrəmanlının ikinci qızı atasının yalanlarını ifşa etdi: “Selcanın bütün dedikləri doğrudur"

  • 10:34 - 20 Sentyabr

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ikinci qızı Sənay Yağmur bacısı Selcanı dəstəkləyib.

Avropa.info xəbər verir ki, o, Feysbuk profilində bununla bağlı status yazıb:

“Selcanın bütün dedikləri doğrudur. Kimin nə deməsindən asılı olmayaraq, bizim “ailə”də şiddət olub”.

Sanay Yağmur statusunu #QadınaŞiddətəSon, #Susma, #MeTooAzerbaijan həştəqlərı ilə yayımlayıb.

Baş verən hadisə ilə bağlı Fuad Qəhrəmanlanın həyat yoldaşı Zümrüd Yağmur bunları yazıb:

"Bu gün mən kifayət qədər səbrli davrandım. Amma Selcanı mental xəstə çıxarmağa çəhd edənlər qarşınızda mən varam. Selcan nə xəstədi, nə də yalancı...18 yaşlı bir gənci linc edənlər, sizin vicdanını varmı ki, ona xitab edim?!"

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur ötən gün sosial şəbəkədə atasının ailədə şiddət, zorakılıq tətbiq etdiyini, illərlə buna dözməyə məcbur olduqlarını, indi isə atasından imtina etdiyini, anası, tanınmış yazar Zümrüd Yağmurun isə boşanmaq üçün məhkəməyə müraciət etdiyini yazıb.


Oxunma sayı: 9769

Oxşar yazılar