Erkan Özoral: "Türkiyədən Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması xəbəri həqiqəti əks etdirmir"

  • 23:18 - 19 Sentyabr

Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyədə Azərbaycan vətəndaşlarının xüsusəndə Naxçıvan Muxtar Respublikasının vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması ilə bağlı xəbərinə münasibət bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Report” a açıqlamasında deyib ki, dərc edilən məlumatlarla bağlı Türkiyədə araşdırma aparılıb:

“Xəbər həqiqəti əks etdirmir. Türkiyədə yaşayan azərbaycanlıların problemləri ilə bağlı məsələ iki gün əvvəl Baş Nazir Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuad Oktayın Oktay sədrliyi ilə Bakıda keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında müzakirə olunub və problemlərin həlli üçün lazımi addımların atılması barədə qərar qəbul edilib". 


Oxunma sayı: 4412

Oxşar yazılar