ABŞ ilə Səudiyyə Ərəbistanı neft müəssisələrinə yeni hücum riskini azaltmağı müzakirə edirlər

  • 22:40 - 19 Sentyabr

ABŞ Mərkəzi Komandanlığı Səudiyyə Ərəbistanındakı neft müəssisələrinə bu günlərdə törədilən hücumlarla bağlı və gələcəkdə belə halların qarşısını almaq haqqında həmin ölkənin müvafiq qurumları ilə müzakirələr aparır.

Bunu ABŞ Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü polkovnik Patrik Rayder bildirib.

“Başqa bir ölkənin hava hücumundan müdafiə sisteminin konkret təfərrüatlarını müzakirə etmək mənim üçün yersiz olardı. Yalnız deyə bilərəm ki, bu vəziyyətdə açıq şəkildə neft obyektlərinə hücum olub. ABŞ (Silahlı Qüvvələr) Mərkəzi Komandanlığı Səudiyyə Ərəbistanı ilə gələcəkdə hücum riskini azaltmağın mümkün yollarını müzakirə etmək üçün məsləhətləşmələr aparır. Bu gün müzakirə ediləcək mövzuların detalları barədə ətraflı məlumat verməyəcəm.

Bölgədə tərəfdaşımız olan Səudiyyə Ərəbistanı ilə sıx əməkdaşlıq edirik. Məsələn, cənub sərhədlərini husilərin hücumundan qoruyuruq. Ölkənin şimal hissəsində riskləri azaltmaq üçün nə edə biləcəyimiz barədə onlarla danışıqlar aparırıq”, deyə əlavə edib.

 

 

report


Oxunma sayı: 5116

Oxşar yazılar