Ermənistanda Milli Təhlükəsizlik Xidmətinə və Polis rəhbərliyinə müvəqqəti təyinat olub

  • 20:35 - 19 Sentyabr

Ermənistan prezidenti Armen Sarkisyan Milli Təhlükəsizlik Xidməti (MTX) və Polis rəhbərliyinə müvəqqəti təyinat edib.

Sərəncamla Eduard Martirosyan MTX-nin, Arman Sarkisyan isə Polisin müvəqqəti rəhbəri təyin olunub.

Xatırladaq ki, bundan əvvəl baş nazir Nikol Paşinyanın təklifi əsasında ölkə prezidenti MTX direktoru Artur Vanesyanı və Polisin rəhbəri Valeri Osipyanı istefaya göndərmişdi.


Oxunma sayı: 3807

Oxşar yazılar