Fransadakı Vaux-le-Vicomte qəsri qarət edilib

  • 19:35 - 19 Sentyabr

Seine və Marne departamentində yerləşən Vaux-le-Vicomte qəsri qarət edilib.
Avropa.info xəbər verir ki, səhər saatlarında qəsrə soxulan 6 maskalı şəxs qəsrin 90 yaşlı sahibinin əl-qolunu bağlayıb və 2 milyon avro məbləğində ziynət əşyaları aparıblar. İşlə bağlı təhqiqat başlayıb.
Qeyd edək ki, Vaux-le-Vicomte qəsri Fransada ən böyük şəxsi mülk kimi qruplaşdırılıb. Qəsrin ərazisi 500 hektardır. İldə 250 min turist qəsri ziyarət edir.
Parisin 50 kilometrliyində yerləşən, memarlıq şedevri hesab olunan qəsrin tikintisi 1656-ci ildən 1661-ci ilədək davam edib.


Oxunma sayı: 8317

Oxşar yazılar