Güləşçimiz dünya çempionatında bürünc qazandı

  • 18:38 - 19 Sentyabr

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycan güləşçisi Elis Manolova (65 kq) bürünc medal uğrunda görüşə çıxıb.

APA -nın məlumatına görə, 65 kq-da mübarizə aparan milliləşdirilmiş legioner həmyerlisi olan bolqarıstanlı Yuliana Yaneva ilə üz-üzə gəlib.

Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. O, rəqibini 3:1 hesabı ilə məğlub edib. Nəticədə E. Manolova qeyri-olimpiya çəkisində 3-cü yeri tutub.

Bu, artıq mübarizəni başa vuran qadın güləşçilərdən ibarət millimizin ikinci, komandamızın 4-cü medalı olub.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi də dünya çempionatında çıxışını başa vurub. Yığmanın heyətində Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb. Qadın güləşçilərimizdən isə Mariya Stadnik (50 kq) mundialda həm çempion olub, həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.


Oxunma sayı: 5116

Oxşar yazılar