Trudeunun 18 il əvvəl çəkdirdiyi foto başına bəla oldu – İrqçilik ittihamları qarşısında üzr istədi

  • 16:54 - 19 Sentyabr

Dünya mətbuatında rəngli corabları ilə gündəm olan Kanada baş naziri Castin Trudeu bu dəfə “qarabəniz üz” makyajı gündəmə gəlib. 

Avropa.info xəbər verir ki, baş nazir 2001-ci ildə iştirak etdiyi bir partidə Ələddin kostyumu geydiyi və üzünə də qarayanız makyaj vurduğu fotolar ortaya çıxıb. 

Trudeu bu halın müdafiə etdiyi dəyərləri tamamilə zidd olması səbəbi ilə təəssüfləndiyini və o zamanlar böyük səhv etdiyini qəbul etdiyini vurğulayıb.

“Time” jurnalı fotonu vankuverli biznesmen Maykl Adamsonun verdiyini qeyd edib. Adamson fotonun 29 yaşında olan Trudeunun işlədiyi Vest Point Qrey Akademiyasıheyətinin bir üzvü olduğunu və fotonun özəl məktəbin albomundan alındığını açıqlayıb.

İpsos ictimai araşdırmalar şirkətinin direktoru Darrel Biker foto haqda bu sözləri deyib:

“Bu foto baş nazirin diqqətlə yaratdığı tolerantlıq imicinə zidd görünüş verir. Bu özü üçün də, partiyası üçün də heç də yaxşı vəziyyət deyil”. 

Kanada rəsmi olaraq multikultiralizm siyasəti aparır və statistika ölkədəki hər 5 nəfərdən birinin Kanada xaricində doğulduğunu göstərir. Trudeunun kabinetində də üç Hindistan əsilli nazir var.

Trudenun ən böyük seçki rəqibi olan mühafizəkar lideri Endrü Şher fotonun onu şok etdiyini və xəyal qırıqlığına uğradığını bildirib.

“Üzünüzü qaraldan makyaj etmək bir cəmiyyəti açıq şəkildə ələ salmaq və irqçilik etməkdir. Kanadalılar bu axşam ölkəni idarə etməyə layiq olmayan birinin ikiüzlülüyünə şahid olub” – o, belə deyib.

İstefa çağırışlarını əhəmiyyət verməyən Trudeu isə bu sözləri deyib:

“Kanadalılardan etdiyim şey üçün məni bağışlamalarını istəyəcəm... Axmaq hərəkət idi. Öz-özümü xəyal qırıqlığına uğratdım və gördüyüm iş üçün özümə qarşı çox əsəbiyəm”.


Oxunma sayı: 4599

Oxşar yazılar