“Kartof Festivalı”nda zəhərlənənlər xəstəxanadan evə buraxıldı

  • 16:55 - 19 Sentyabr

İsmayıllı rayonunda kartof sahəsində halı pisləşdiyi üçün xəstəxanaya müraciət edən şəxslər artıq evə buraxılıb.

Avropa.info bildirir ki, bu barədə APA -ya İsmayıllı Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.

Xəstəxanadan bildirilib ki, həmin şəxslərə tibbi yardım göstərilib, vəziyyətləri normallaşdığından xəstəxanadan buraxılıb.

İlkin olaraq hadisənin qida zəhərlənməsi olduğu ehtimal edilir, digər ehtimala görə hadisə günvurma nəticəsində baş verib.

Xəstəxanadan isə dəqiq diaqnozun araşdırma aparılandan sonra açıqlanacağı qeyd olunub.

Qeyd edək ki, İsmayıllıda baş verən hadisə ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb.

AQTA-dan bildirilib ki, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

“Aparılan araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək”, - məlumatda qeyd olunub.


Oxunma sayı: 3543

Oxşar yazılar