Çinin parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

  • 16:25 - 19 Sentyabr

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Sədri Li Canşu Azərbaycana rəsmi səfərə gəlib.

Avropa.info bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunu hava limanında Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.


Oxunma sayı: 3851

Oxşar yazılar