Tehran və Dəməşq Türkiyənin tezislərini qəbul etdi - Ankara sammitinin şok detalı

  • 16:01 - 19 Sentyabr

ANKASAM araşdırmalar mərkəzinin üzvü, Yaxın Şərq üzrə ekspert Astana prosesi ilə bağlı maraqlı açıqlamalar verib.

Avropa.info xəbər verir ki, ekspert Astana formatı çərçivəsində Türkiyə, Rusiya və İranın iştirak etdiyi üçtərəfli sammitdən əvvəl Suriya hökumətinə məktub göndərərək PYD/PKK-nın daxil olduğu SDQ-ni “terrorçu-separatçı təşkilat” adlandırmasını şərh edib:

“Suriya hökuməti bu ifadəni ilk dəfədir ki, işlədir. Bu proseslərdən sonra Türkiyə və Rusiya arasındakı diplomatiyanın nəticə verdiyi və Moskvanın Dəməşq rejimini PYD/PKK-ya qarşı mübarizə məsələsində razı saldığı aydınlaşır”. 

Suriya ordusunun Türkiyənin bu ölkədəki əməliyyatlarına qarşı PYD/PKK terror təşkilatı ilə əməkdaşlıq etdiyini xatırladan Cenk Tamer bu sözləri deyib:

“Ortaya çıxan tabloda Suriyada Türkiyə, Rusiya, İranın da adı çəkilən terror təşkilatlarına qarşı olduğu görünür. Dolayısı ilə, Ankara sammitində ən böyük uğur Suriya və İranın PYD/PKK-nı açıq formada terror təşkilatı kateqoriyasına qoymağa başlamasıdır. Türkiyənin sərhəd təhlükəsizliyi ilə bağlı qayğıları, artıq Astana ortaqları və Suriya rejimi tərəfindən daha yaxşı başa düşülür. Yəni Fəratın şərqindəki terror varlığını təmizləmə məsələsində Türkiyə, Rusiya və İran arasında açıq və Suriya hakimiyyəti ilə üstüörtülü əməkdaşlığın formalaşmağa başlaması deyilə bilər”.

Cenk Tamer Soçidə keçirilən üçtərəfli sammitdə Vladimir Putinin Türkiyə ilə Suriya arasında imzalanan Adana razılaşmasına işarə vurmasını da şərh edib:

“Ankarada keçirilən son sammitdə İran prezidenti Həsən Ruhani də bunu vurğulamışdı. Anlaşılan odur ki, PYD/PKK terror təşkilatı ilə mübarizədə Rusiyanın verdiyi təklifi İran da dəstəkləməyə başlayıb. İran ən başdan bəri Türkiyənin sərhəd təhlükəsizliyi üçün Ankara-Dəməşq əməkdaşlığını təklif edir, fəqət bunu edərkən PYD/PKK-nı terror təşkilatı kateqoriyasına daxil edəcək Adana razılaşmasını vurğulamaqdan imtina edib. Bunun əsas səbəbi isə yuxarıda qeyd olunduğu kimi, İran və onun dəstəklədiyi Suriya rejiminin Türkiyəyə qarşı vaxtaşırı PYD/PKK ilə əməkdaşlıq etməsi idi. Başqa cür desək, Suriya rejimi və İran PYD/PKK-nı yenidən qazana bilmək və ABŞ-ı regiondan çıxarda bilmək üçün uzun müddətdir danışıqlar aparmasıdır. Hətta ABŞ-ı regiondan çıxarmağın ən vacib yolunun da bu olduğunu düşünürdülər.

Ancaq Türkiyənin təhlükəsiz zona məsələsində ABŞ-la arasında olan ziddiyyətlər Vaşinqtonun regionda terror dövlət yaratmaq məsələsində niyyətlərini bir daha açıq şəkildə göz önünə qoydu.

Suriya rejimi və İran da Türkiyənin tezislərini qəbul etmək nöqtəsinə gəldi. Bir digər ifadə ilə Ankaraya görə, PYD/PKK-nı buradan təmizləmənin ən yaxşı yolu Astana prosesi çərçivəsində əməkdaşlığı Fəratın şərqinə doğru genişlətməkdir. Türkiyənin bu səylərinə ilk dəstək Moskvadan gəldi. Lakin Afrin və “Fərat qalxanı” təhlükəsizliyi bölgələri Suriya və İranı razı salmaq üçün uzun müddət kifayət etmədi. Bəhs edilən prosesdə bu ikili Suriyanın suverenliyi və torpaq bütövlüyünə dair açıqlamalar yayaraq Türkiyəyə mesaj verməyə çalışdı. Hər nə qədər Türkiyə, Suriyanın torpaq bütövlüyünü vurğulamışdısa da İran və Suriya rejimini inanadırmağa xeyli vaxt sərf etdi. Ancaq Fəratın şərqindəki proseslər ABŞ-ın terror dövləti planlarını açıq formada ortaya qoymağa başlayınca İran tənqidlərini ABŞ-a yönəltdi”.

İranın Adana razılaşmasının vurğulamasının səbəbi nədir?

“Adana razılaşması sərhəddəki terror təşkilatları ilə mübarizədə Ankara və Dəməşqin əməkdaşlığını ehtiva edir. Adana razılaşmasını vurğulayan Ruhani “Fəratın şərqi ABŞ-ın nəzarətindədir və burada da terrorçular mövcuddur” şəklində açıqlama verib. Bu sözlərlə İran prezidenti Astana prosesində əməkdaşlığı Fəratın şərqinə keçirmək barədə çox vacib mesajlar verdi. Astana prosesində Fəratın şərqi ilə bağlı özünü tək qalmış hiss edən Türkiyə son sammitdə Suriyadakı sülh prosesinə və torpaq bütövlüyünün qorunduğu stabil Suriyaya daha çox inanmağa başladı. Ankara sammitindən çıxan ən vacib mesaj şübhəsiz Suriyanın siyasi birliyi və torpaq bütövlüyünü vurğulanması oldu. Bu eyni zamanda PYD/PKK terror təşkilatı ilə mübarizə məsələsində Türkiyə, Rusiya, İran və Suriyanın qətiyyətinə işarət edir və ABŞ-ın regiondakı layihələri qarşısında birgə əks-reaksiya formalaşması mənasına gəlir. Bu hal Türkiyənin yaxın gələcəkdə təhlükəsiz zona ilə bağlı cəhdlərində əlini qüvvətləndirən proses kimi qarşımıza çıxır”.


Oxunma sayı: 11419

Oxşar yazılar