PKK-nın təlim düşərgəsindən qaçan terrorçular türk əsgərinə təslim oldu

  • 14:30 - 19 Sentyabr

Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda 4-ü qadın olmaqla 6 PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim olub.

Avropa.info xəbər verir ki, terrorçular PKK-nın İraqın şimalında yerləşən düşərgələrindən qaçıb Silopi yaxınlığında yerləşən Habur sərhəd-keçid məntəqəsindən keçərək təhlükəsizlik qüvvələrinə təslim olublar.

Təslim olan PKK üzvləri polis idarəsinə aparılıb.


Oxunma sayı: 4236

Oxşar yazılar