Səhiyyə Nazirliyi İsmayıllıda baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yaydı

  • 14:31 - 19 Sentyabr

İsmayıllıda keçirilən "Kartof festivalı"nda 7 nəfər zəhərlənib.

Səhiyyə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edib:

"Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib".


Oxunma sayı: 3158

Oxşar yazılar