Gürcüstanın baş naziri Aparatına yeni rəhbər təyin olundu

  • 12:42 - 19 Sentyabr

Gürcüstanın daxili işlər nazirinin keçmiş müavini Natia Mezvrişvili hökumət Administrasiyasının Aparat rəhbəri təyin olunub. 

O, bu vəzifədə Giorgi Çoladzeni əvəzləyib. 

G.Çoladze sentyabrın 11-də istefa verib. 

N.Mezvrişvili 2017-ci ildən DİN rəhbərinin müavini vəzifəsini tutub. 

Qeyd edək ki, qonşu ölkənin hökumət administrasiyasının aparatı strukturu ötən ilin iyulunda yaradılıb. Baş nazirin aparatına ictimaiyyətlə əlaqələr, protokol və xarici əlaqələr üzrə şöbələr tabedir.

Report


Oxunma sayı: 4082

Oxşar yazılar