Almaniya Səudiyyə Ərəbistanına silah embarqosunu uzatdı

  • 11:44 - 19 Sentyabr

Almaniya hökuməti Səudiyyə Ərəbistanına tətbiq etdiyi silah ixracatını dayandırma qərarının daha 6 ay – 2020-ci ilin 31 martınadək uzadıb.

Avropa.info xəbər verir ki, səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı Səudiyyə Ərəbistanın alman hökuməti silah embarqosunu son dəfə 31 martda qəbul etmişdi. 

Qaşıqçı cinayətindən savayı, iqtidarda olan Xristian İttifaqı ilə Sosial Demokrat Partiyası arasında bağlanan koalisiya protokolunda “Yəmən müharibəsində iştirak edən tərəflərə silah satıla bilməz” maddəsi yer alır. 


Oxunma sayı: 3697

Oxşar yazılar