“Bircə telefon zəngi ilə hər hansı ölkəyə girə  bilərik” – Tramp

  • 11:32 - 19 Sentyabr

ABŞ prezidenti Donald Tramp Kaliforniya ştatının Meksika sərhədində inşa edilən sərhəd divarında jurnalistlərin suallarına cavab verib.

Avropa.info xəbər verir ki, Tramp İrana hərbi müdaxilə ilə bağlı açıqlamasında “Yaxın Şərqdə nələr baş verəcəyini vaxtı gələndə görəcəyik. Hərbi müdaxilə hər zaman asandır. Bircə telefon zəngi ilə hər hansı ölkəyə girə  bilərik. Bunun bu gün olması şərt deyil. Sabah olar, iki həftə sonra olar” deyib.

ABŞ prezidenti keçən həftə istefaya göndərdiyi Ağ Evin təhlükəsizlik üzrə müşaviri Bolton ilə bir çox məsələdə fikir ayrılığının da olduğunu qeyd edib:

“Bolton kimi insanlar İraqa girmək istədi və işlər yolun da getmədi. Bataqlığa batdılar. Yaxın Şərqdə polis olduq. Bu qorxunc idi”.


Oxunma sayı: 4687

Oxşar yazılar