Türkiyədə xəstələrdən "bıçaq pulu" tələb edən azərbaycanlı cərrah həbs edildi – Foto

  • 11:00 - 19 Sentyabr

Türkiyənin Hakkari şəhərində dövlət xəstəxansında plastik cərrah işləyən Azərbaycan vətəndaşı Elnarə Məmmədova xəstələrdən "bıçaq pulu" adı ilə rüşvət aldığı üçün həbs edilib.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı Elnarə Məmmədova 2017-ci ildən Hakkaridə plastik cərrah işləyirmiş.

İddiaya görə, E.Məmmədova müalicə üçün müraciət edən 8 xəstədən müxtəlif miqdarda "bıçaq pulu" alıb. Xəstələrin yaxınlarının şikayəti əsasında E.Məmmədovanın barəsində təhqiqat başlayıb. Hakkari polis idarəsi 3 ay davam edən texniki və fiziki izləmədən sonra E.Məmmədova xəstələrin yaxınlarından seriya nömrələri müəyyən əvəlcədən edilmiş 1500 TL alarkən yaxalanıb.

E.Məmmədovanın barəsinə həbs qətimkan tədbiri seçilib.


Oxunma sayı: 14323

Oxşar yazılar