“Bu hücum müharibə elanıdır” – Pompeo Ciddədə İranı ittiham etdi

  • 11:06 - 19 Sentyabr

ABŞ dövlət katibi Mayk Pompeo BƏƏ və Səudiyyə Ərəbistanı əhatə edən Yaxın Şərq turu çərçivəsində Ciddəyə gəlib.

Avropa.info xəbər verir ki, Pompeo Ciddədə “Suudi Aramco” şirkətinə məxsus zavodlara hücumun İran tərəfindən edildiyini təkrarlayaraq, “İranın hücumu müharibə elanıdır” deyib.

Pompeo iddiaların əksinə olaraq hücumun Yəməndəki husilər tərəfindənd deyil, İran tərəfindən edildiyini, bu addımın dünya enerji ehtiyatlarının 5%-ni məhv etmək cəhdi adlandırıb.

O, bu silahların husilərin inventarında olmasının mümkünsüz olduğunu qeyd edib:

“Hücum cənubdan, yəni Yəməndən edilmədi. Bilirik ki, İranın xaricə satmadığı silah sistemləri var”.

Qeyd edək ki, Pompeo Ciddədə Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşəcək. Görüşün əsas mövzusu “Aramco” hücumu və regiondakı İran hücumlarına qarşı mübarizə səyləri üzrə koordinasiya olacaq.


Oxunma sayı: 4786

Oxşar yazılar