"Qarabağ" Avroliqanın beşqat qalibinə qarşı – Bu gün komandamızın necə mübarizə aparacağı maraqla gözlənilir

  • 10:04 - 19 Sentyabr

Bu gün Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçiriləcək.

Avropa.info qol.az-a istinadən xəbər verir ki, öllkəmizi turnirdə təmsil edən “Qarabağ” da meydana çıxacaq.

Ağdam təmsillçisi Bakıda çətin sınaq qarşısındadır. Qurban Qurbanovun komandası Avroliqanın beşqat qalibi – bu göstəricidə mütləq rekordçusu “Sevilya”nı qəbul edəcək. "Qarabağ"ın La Liqanın hazırkı liderinə qarşı necə mübarizə aparacağı maraqla gözlənilir.

A qrupunun digər oyununda APOEL öz meydanında “Düdelanj”ı sınağa çəkəcək.

19 sentyabr

Avropa Liqası

A qrupu

20:55. “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya)
Hakimlər: Yeven Aranovski, Semen Şlonçak, İqor Alokin, Yaroslav Kozuk (hamısı Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

20:55. APOEL (Kipr) - "Düdelanj" (Lüksemburq)


Oxunma sayı: 10253

Oxşar yazılar