Xəzərin statusu haqqında Konvensiyanın ratifikasiyasına başlanılır - Nazir müavini

  • 09:53 - 19 Sentyabr

Rusiya tərəfi yaxın günlərdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiyasına başlayacaq.

Bunu APA -ya Azərbaycanın Xarici İşlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov deyib.

Onun sözlərinə görə, sənəd Rusiya Dövlət Dumasında və Federasiya Şurasında baxılacaq.

"Ümid edirəm, Rusiyada siyasi iradə göstərib, bu Konvensiyanı payızda ratifikasiya etsin. Qalır İran tərəfi ki, onlarla da bu prosesə başlanılıb. İnanıram ki, İran tərəfi də bu Konvensiyanı tezliklə ratifikasiya edəcək", - deyə X. Xələfov qeyd edib.

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 2018-ci il 12 avqustda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan arasında imzalanıb. Konvensiya tərəflərə resursları bölüşdürmək üçün yol xəritəsi müəyyənləşdirmək imkanı verir.


Oxunma sayı: 7921

Oxşar yazılar